XƏBƏRLƏR

BakuBuild – inşaat sərgisinə hazırıq

09 Avqust 2016


NB Group ASC artıq yeddinci ildir ki,  BakuBuild beynəlxalq inşaat sərgisində iştirak edir. Həmçinin bu illər ərzində sərginin sponsoru kimi də çıxış etməkdədir. BakuBulid sərgisi nəinki Azərbaycanda eləcə də beynəlxalq aləmdə ən tanınmış inşaat sərgilərindən biridir. Hər il oktyabr ayının sonlarında təşkil olunan sərgiyə minlərlə yerli və xarici şirkət rəsmiləri qonaq qismində qatılırlar. Həmçinin, sərginin iştirakçıları arasında yerli şirkətlərlə yanaşı xarici inşaat şirkətləri də iştirak etməkdədir. Buna misal kimi Türkiyə, İran, Rusiya, Ukrayna, Gürcüstan, İtaliya, İspaniya, Almaniya və.s kimi inşaat nəhəngləri göstərilə bilər. Şirkətimizin Azərbaycanda fəaliyyətinin bu il 12 ili tamam olur. Bu illər ərzində yerli bazarda kifayət qədər tanınmaqla yanaşı Gürcüstan və Rusiya bazarlarına da öz məhsullarımızın ixracını təşkil edə bilmişik. Burada BakuBuild-in müstəsna rolu vardır. Şirkətimiz Azərbaycanın və Cənubi Qafqaz regionunun ən iri inşaat materialları istehsal edən şirkətlərindən biridir. Boya və boya kimyəviləri sahəsində isə ən iri zavoddur. 11 istehsal sahəsindən ibarət olan zavodumuzda bir çox kimya sənayesi məhsulları istehsal olunmaqdadır. Həmçinin biz Azərbaycanın ilk və yeganə qatı əl-üz sabunu “ALEV” istehsalçısıyıq. Ölkəmizin iqtisadi inkişafına daima öz qatqısını edən şirkətimiz ən iri inşaat layihələrinin iştirakçısıdır. Buna misal kimi 2015 ci ildə keçirilmiş birinci Avropa oyunlarında arenaların tikilib istifadəyə verilməsində olan iştirakımızı göstərmək olar. Biz həm də korporativ sosial məsuliyyət layihələrində də yaxından iştirak edirik. Buna misal kimi iyul ayının 20-25 tarixləri arasında İsmayıllı rayonunun Lahıc qəsəbəsində təşkil olunmuş “Asan könüllülərin həmrəylik düşərgəsi”ndə olan iştirakımızı göstərmək olar. Lahıcda olan tarixi əhəmiyyətli məktəb, muzey, qoruq, bələdiyyə binalarının restavrasiya edilməsində öz məhsullarımızla iştirak etmişik.  “Azpol”, “Corella”, “Bermuda”, “Muflon” markaları adı altında ən keyfiyyətli boyalar, laklar, dolğular, quru inşaat qarışıqları, keramika və təbii daş yapışdırıcıları, aralıq doldurucular və həmçinin həmin məhsulların xammalarını istehsal etməklə ölkə iqtisadiyyatına müsbət dəyər qatmaqdan zövq alırıq. Əhalinin inşaat materiallarına olan tələbatını ödəməklə yanaşı işsizliyin aradan qaldırılması yolunda, yeni iş yerlərinin təşkili və regional sosial iqtisadi inkişafa da öz qatqımızı verməkdəyik. Bu il də hər il olğu kimi oktyabr ayının 19-22 aralığında Baku Expo Center də təşkil olunacaq beynəlxalq inşaat sətgisinə NB Group ASC nin stendinə dəvət edirik. Yeniliklərimizlə sizləri tanış etməkdən şərəf hissi duyarıq.

 

     

 

 


PAYLAŞ:

ŞƏRHLƏR

Rəy bildir

Göndər

BİZİMLƏ ƏLAQƏ