ŞİRKƏT HAQQINDA

“NB Qrup” ASC Azərbaycan Kimya Sənayesi sahəsində uğurla fəaliyyət göstərən və dinamik surətdə inkişaf edən şirkətdir. Kimya Sənayesi sahəsində fəaliyyət göstərən şirkət olaraq, inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarım məhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun, təmizləyici vasitələr, plastik və metal qabların istehsalını həyata keçirir. «NB Qrup» un strategiyası yüksək səviyyəli və yüksək keyfiyyətli yerli istehsal brendləri formalaşdıraraq, müştərilərinin tələblərinə cavab vermək, bu istiqamətdə ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən biri olmaqdır. Şirkət bütün fəaliyyətini beynəlxalq standartlar, Keyfiyyətin Təmin olunması, Ətraf Mühitin və Ekologiyanın qorunması, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik İdarəetmə Sisteminin tələblərinə uyğun qurub.   Müasir Dünyanın ən son texnoloji yeniliklərini tətbiq etməklə, NB Qrup fəaliyyət göstərdiyi bütün sahələrdə “Keyfiyyətli Azərbaycan brendi ”nin qoruyucusu və bu təminatı davamlı möhkəmləndirən şirkət kimi çalışır.   “NB Qrup” təkcə istehsal sahəsində dəyər yaratmır, həm də qiymətli və peşəkar kadrları ilə birgə uğurlu kadr dəyəri yaradaraq, korporativ idaretmə, sosial məsuliyyət istiqamətində də seçilən və öz xəttini qoruyan şirkət mövqeyində durmağı nəzərdə tutur.  

MƏHSULLARIMIZ

XƏBƏRLƏR

02 Sentyabr 2021
USTALAR VƏ TƏRƏFDAŞLARLA GÖRÜŞ (ŞƏKİ)

"NB Trading" MMC 7 Avqust 2021-ci il Şəki şəhəri Marxal oteldə silsilə xarakterli 2-ci konfrans təşkil etmişdir. Konfransın məqsədi Azpol Quru İnşaat qarışıqları, Euro və Nor gips əsaslı məhsullar və Corella İnşaat bayaları haqqında təlim keçmək, bu ...

02 Sentyabr 2021
USTALAR VƏ TƏRƏFDAŞLARLA GÖRÜŞ

NB Trading MMC 26 İyun 2021-ci il Gəncə şəhəri Ramada oteldə konfrans təşkil etmişdir. Konfransın məqsədi Corella inşaat boyaları və Azpol Mebel boyaları haqqında təlim keçmək, bu məhsullar ilə ustaları və tərəfdaşları yaxından tanış etmək və onları ...

BİZİMLƏ ƏLAQƏ