XƏBƏRLƏR

BakuBuild 2016

28 Oktyabr 2016


    

  Artıq ən-ənə halını almış hər ilin oktyabr ayının ikinci yarısında keçirilən BakuBuild inşaat sərgisi bu il də uğurla baş tutdu. Sərgi 19-22 oktyabr tarixlərində Baku Expo Center-də baş tutdu. NB Group ASC olaraq artıq səkkizinci ildir ki, ardıcıl olaraq həm sərginin iştirakçısı, həm də sponsoru kimi bu il də təmsil olunduq. Regionun ən iri inşaat materialları istehsal edən şirkətləri arasında olmağımız bizi sevindirir. Ümumilikdə digər sərgilərdən fərqli olaraq,  inşaat sərgisinə maraq həmişə daha yuxarı səviyyədə olur. Həm yerli, həm də əcnəbi istehsalçıların və inşaat sektorunda təmsil olunan ziyarətçilərin iştirakı sərgini daha da bəyənilən edir. 

       Sərgini İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov öz nitqi ilə açıq elan etməsindən sonra qonaqların qəbuluna başlandı. İnşaat materiallarının demək olar ki, hər sahəsindən iştirakçılar qonaqlara ən innovativ məhsullarını nümayiş etdirdilər.
       Şirkətimiz bu il də sərgiyə yeni məhsulları ilə qatılmışdır. Daha çox su və istilik izolyasiya məhsullarımız və epoksi zəmin boyalarının geniş maraq yaratdığı kompozisiyada yeni məhsullarımıza da maraq olduqca böyük idi.  Yeni məhsuullarımızdan  “Azpol Beton Basqı” məhsuluna maraq dahada böyük olmuşdur. Həmin məhsul yaş betonun üzərinə birbaşa tətbiq olunmaqla betonla bütünlük təşkil edir. Uzunömürlü və xaricitəsirlərə dayanıqlı olması ilə yanaşı, həm də analoji həllərdən daha sərfəli həll metodudur. Belə ki,  məhsul üçün xüsusi yapışqana ehtiyac yoxdur. Bütöv bir təbəqə əmələ gətirir. 
      Şirkətimiz sərgidə bir çox biznes əlaqələri qura bilmiş və yeni müştərilər, partnyorlar qazanmışdır. Bu baxımdan,  sərginin bizim üçün uğurla başa çatdığını qeyd etmək olar. NB Group ASC olaraq Azərbaycanın və Qafqaz regionunun kimya məhsulları sənayesinin nəhəngi kimi hər zaman bizimlə əməkdaşlıq etmək istəyən şəxslər və şirkətlərlə kommunikasiyadan zövq alırıq. Gələcəkdə daha faydalı olmaq ümidi ilə...


PAYLAŞ:

ŞƏRHLƏR

Rəy bildir

Göndər

BİZİMLƏ ƏLAQƏ