Ünvan və İnformasiya lövhələri istehsalı

"NB Group" ASC Azərbaycanda nəqliyyat infrastrukturu obyektlərinin adının və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələri, informasiya stendləri və küçə istiqamət nişanlarının ən müasir texnologiya ilə istehsalını həyata keçirir.

NB QRUP” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Nəqliyyat infrastrukturu obyektlərinin adını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan və informasiya lövhələri”nin yerli istehsalı işlərinin təşkil edilməsi istiqamətində, yeni istehsal xətti( zavod ) yaradılmışdır . Bu sahədə  Niderland Krallığının “Rimas Technology Group” şirkəti tərəfindən Avropa və Yaponiya istehsalı olan “Canon” Şirkətinə məxsus qabaqcıl texnologiyalı “OCE Arizona 480 XT rəqəmsal çap avadanlığı, CNC frez A300 kəsim avadanlığı və Bürkle lak dəzgahı kimi müvafiq avadanlıqlar zavodda qurlaşdırılmışdır. Zəruri texniki sənədlər hazırlanmış və zavodun işçi heyəti dəvət edilmiş mütəxəssislər tərəfindən təlimatlandırılmışdır. Zavodda istifadə olunan xammal və alətlər, müəssisə daxili nəqliyyat vasitələri, eləcə də ölçü cihazları Almaniya, Niderland Krallığı, İtaliya və digər Avropa ölkələrindən gətirilmişdir. Lövhələrin istehsalında istifadə edilən xammal "ThyssenKrupp" şirkətinin istehsalı olan akril lövhələr, "PETER LACKE GMBH" şirkəti tərəfindən istehsal edilən qoruyucu laklar, "Canon" şirkəti tərəfindən istehsal edilən printer boyaları hazır məhsulumuzun ərsəyə gəlməsində istifadə edilir.
Bununla yanaşı, zavodda məhsulun istehsalına və keyffiyyətinə nəzarət onlayn sistem vasitəsi ilə Niderland Krallığı mütəxəssisləri tərəfindən həyata keçrilir. İstehsal oluan məhsulun kefiyyəti tam Avropa standartlarına və zəruri bütun tələblərə cavab verir. Hazırlanmış ünvan və informasiya lövhələri günəşin UB şüalarına dayanıqlıdır. Həmin məhsullara 10 il müddətində zəmanət verilir.
 
 
 
 
 

MƏHSULLAR

 
 
 

900x470 mm ölçülü ünvan lövhəsi-Böyük tağlı

 (qalınlıq 10 mm)

900x470 mm ölçülü ünvan lövhəsi-Kiçik tağlı

(qalınlıq 10 mm)

 700x365 mm ölçülü ünvan lövhəsi-Böyük tağlı

(qalınlıq 10 mm)

700x365 mm ölçülü ünvan lövhəsi-Kiçik tağlı

(qalınlıq 10 mm)

550x287 mm ölçülü ünvan lövhəsi-Böyük tağlı

(qalınlıq 8 mm)

 550x287 mm ölçülü ünvan lövhəsi-Kiçik tağlı

(qalınlıq 8 mm)

450x235 mm ölçülü ünvan lövhəsi-Böyük tağlı

(qalınlıq 8 mm)

 450x235 mm ölçülü ünvan lövhəsi-Kiçik tağlı

(qalınlıq 8 mm)

 Giriş nömrə lövhəsi 200 mm dairə formalı

(qalınlıq 8 mm)

 Giriş nömrə lövhəsi 200x200 mm kvadrat formalı

(qalınlıq 8 mm)

 

Park informasiya stendi

 

İnformasiya stendi

Küçə istiqamətləri nişanı

 

 

 

İSTEHSAL

 

 

BİZİMLƏ ƏLAQƏ