ŞİRKƏT HAQQINDA

“NB Qrup” ASC Azərbaycan Kimya Sənayesi sahəsində uğurla fəaliyyət göstərən və dinamik surətdə inkişaf edən şirkətdir. Kimya Sənayesi sahəsində fəaliyyət göstərən şirkət olaraq, inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarım məhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun, təmizləyici vasitər, plastik və metal qabların istehsalını həyata keçirir. «NB Qrup» un strategiyası yüksək səviyyəli və yüksək keyfiyyətli yerli istehsal brendləri formalaşdıraraq, müştərilərinin tələblərinə cavab vermək, bu istiqamətdə ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən biri olmaqdır. Şirkət bütün fəaliyyətini beynəlxalq standartlar, Keyfiyyətin Təmin olunması, Ətraf Mühitin və Ekologiyanın qorunması, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik İdarəetmə Sisteminin tələblərinə uyğun qurub.   Müasir Dünyanın ən son texnoloji yeniliklərini tətbiq etməklə, NB Qrup fəaliyyət göstərdiyi bütün sahələrdə “Keyfiyyətli Azərbaycan brendi ”nin qoruyucusu və bu təminatı davamlı möhkəmləndirən şirkət kimi çalışır.   “NB Qrup” təkcə istehsal sahəsində dəyər yaratmır, həm də qiymətli və peşəkar kadrları ilə birgə uğurlu kadr dəyəri yaradaraq, korporativ idaretmə, sosial məsuliyyət istiqamətində də seçilən və öz xəttini qoruyan şirkət mövqeyində durmağı nəzərdə tutur.  

MƏHSULLARIMIZ

XƏBƏRLƏR

22 İyun 2016
Ənənə halını almış mükafatlandırma

NB Group ASC daima öz sadiq müştərilərini sevindirir. Belə ki hər il ənənəvi olaraq təşkil olunan "satışda fərqlənən müştərilər üçün hədiyyə kampaniyası" nı keçirdir. Daima genişlənən müştəri bazası ilə Bakı ...

22 İyun 2016
Avrasiyanın ən böyük boya sərgisində...

Türkiyənin boya sektoruna istiqamət verən iki sərgi bir yerdə... Boya sənayeçiləri dərnəyi "BOSAD” tərəfindən 2010-cu ildən bəri təşkil edilən "Boya sənayesi, xammallar və yardımçı maddələr sərgisi və konfransı” Paintistanbul ...

BİZİMLƏ ƏLAQƏ