Construction paint factory
İNŞAAT BOYALARI FABRİKİ
Bu fabrikdə ; AZPOL,CORELLA,MUFLON və BERMUDA markaları adı altında, inşaat boyaları olaraq su əsaslı EMULSİYA BOYALAR ve solvent əsaslı SİNTETİK BOYALAR , SOLVENT ƏSASLI XLOR KAUÇUKLU YOL CİZGİ BOYASI və TEZ QURUYAN AKRİLİK SU ƏSASLI YOL CİZGİ BOYASI istehsal edilməkdədir.
EMULSİYA BOYALARI
Modern boya istehsal texnologiyasından irəli gələrək EMULSİYA BOYA istehsalı, dispersiya ve tənzimləmə işləmləri ilə fəaliyyət göstərməkdədir. Dispersiya işləmi; qatı kimyasalların maye kimyasalların içində 30-40 mikrona qədər, yüksək dövrəli, paslanmaz ,su soyutması köynəkli DİSPERSER-lərdə hazırlanmaqdadır. Emulsiya boyalarının dispersiya işləmi 3 ədəd 5 ton tutumlu mikserlərdə həyata keçirilməkdədir. Mikserlərdə dispers edilən (Boya pastası) boya,hər biri 10 ton tutumlu olmaqla 6 ədəd qarışdırıcılı , paslanmaz tənzimləmə reaktorlarına transfer edilir. Reaktorlara transfer edilən boya pastasına emulsiya boya bağlayıcısı və performans artrıcı kimyasal qatqılar əlavə edilir.Mərkəzi labaratoriyaya nümunə verilir və lazımi testlər edildikdən sonra təstiq alınarsa, filtr edilərək avtomatik dolum aparatları ilə dolumu həyata keçirilir və hazır məhsul anbarına göndərilir.
SİNTETİK BOYALAR
Müasir boya istehsal teknologiyasının tələbi olaraq,solvent əsaslı sintetik boyaların istehsalı 3 sahədə edilməkdədir.
1-Ön dispersiya səhifəsi :Boyalarda istifadə edilən və rəngi verən piqment və müqavimət qazandıran dolğu maddələrinin dənə büyüklükləri 0,01- 5 mikron arasında deyişməkdədir. Bu toz halındakı kimyasallar qablaşdırıldıqda kohezyon (dənələrin birbirini çəkmə qüvvəti ) səbəbi ilə 100-200 mikron büyüklükdəki topalar halına gəlirlər. ÖN DİSPERSİYA ilə bu topalar 30-50 mikron dənə ölçüsünə qədər üyüdülürlər. Sintetik Boya sahəsində bu məqsədlə: *2ədət, yüksək dövrəli ,dönən başlı, hər biri 3 paslanmaz qazanlı və hər qazan 5 ton tutumlu mikserlə
*1ədəd ,5 ton tutumlu,yüksək dövrəli turbo mikser.
*1 ədəd, yüksək dövrəli, dönən başlı, 2 qazanlı və hər qazan 3 ton tutumlu mikser
*3 ədəd, yüksək dövrəli hər biri 1000 kq.tutumlu mikserlər.
*1 ədəd ,600 kq tutumlu KNIDER məcun makinəsı istifadə edilir.
2-ƏZMƏ SAHƏSİ (GRINDING) : Boya pastası ön dispersiyaya təkim edildikdən sonra PERL MILL adlanan, köynəkli su soyutmalı ,içindəki şafta bağlı deşikli diskləri olan və içində 1,5-3 mm. qətran sirkonyum oksid və ya şüşə kürəcikləri olan makinələrdən keçirilir.Perl Mıll işlədilərkən şaft 1500 dövrədə döndüyündə , boya pastası Perl Millin xəzinəsindən keçərkən disklər və kürəciklər tərəfindən çitilənərək 10-20 mikron dənə büyüklüyünə qədər kiçilir. Bu məqsədlə aşağıdakı makinə və avadanlıqlar istifadə edilir.
*11 ədəd , hər biri 50 Litr həcmində PERL MILL
*1ədəd, 500 litr paslanmaz qazanlı BASKET MILL
3-TƏNZİMLƏMƏ SAHƏSI : Perl Mıll ve basket milldən keçirilən boya pastası tənzimləmə qazanlarına pompalarla transfer edilir. Formuldakı alkid reçinəsi miqdarından pastaya istifadə edilən qismi çıxarılaraq geri qalanı əlave edilir. Formuldakı quruducular və performans artırıcı kimyasal qatqılar əlave edilir və rəng tutumu edildikdən sonra mərkəzi laboratoriyaya numunə verilir. Mərkəzi laboratoriya lazımi testləri edib doluma təstiq verdiyində boya Gaf filitrlərindən keçirilərək ovtomatik dolum makinələri ilə dolumu edilir.Bu məqsədlə bu etapda aşağıdakı makinə və avadanlıqlar istifadə edilir.
*6 ədəd, hər biri 10 ton tutumlu paslanmaz,qarışdırıcılı tənzimləmə reaktoru.
*3 ədəd, tam avtomatik dolum makinəsi.