Policy of the company

FƏALİYYƏT PROQRAMIMIZ.
 
“NB QRUP” Açıq Səhmdar Cəmiyyəti olaraq tədarük etdiyimiz xammallardan boya, lak, silikon, köpük, sement və gips əsaslı inşaat  materialları, sabun və təmizləyici vasitələr eləcə də qablaşdırma vasitələri istehsal etməklə ölkə daxilində və  xaricində satışını həyata keçiririk.
 
SİYASƏTİMİZ
 
Keyfiyyətli daimi inkişaf edən idarəetmə sistemi qurmaqla sektorumuzda lider olmaq məramımızdır və buna :
 
1.       Daim   müştərilərimizin  məmnuniyyətini ön planda  tutaraq   ən yüksək  keyfiyyətlə  xidmət göstərməklə;
 
2.       Tədarükçülərin dəyərləndirilməsi və seçilməsi əsasında  alınan xammallardan  yüksək keyfiyyətli məhsul istehsal etməklə;
 
3.       İşlərin  daha səmərəli  və keyfiyyətli görülməsi üçün işçi heyəti təhlükəsiz və etibarlı iş mühiti ilə təmin etməklə;
 
4.       Ekoloji tarazlığı pozmamaq şərti ilə fəaliyyət göstərməklə;
 
5.       Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə və beynəlxalq aktlara uyğun olaraq fəaliyyət göstərməklə;
 
6.       İşçilərimizin  bilik səviyyəsini daimi artıraraq, qabaqcıl texnalogiyaları tətbiq etməklə şirkətimizdə aparılan fəaliyyətləri davamlı təkmilləşdirməklə nail olacağıq!
 
 
 

CONTACT US