НОВОСТИ

Международная выставка строительство Mosbuild 2017

10 Апрель 2017


 4-7 aprel 2017 tarixləri ərəfəsində Moskva şəhərinin “ЦВК Экспоцентр” sərgi salonunda 40 ölkədən 1200 dən çox şirkətin iştirakı ilə regionun ən böyük inşaat sərgisi baş tutdu. Sərgiyə marağın olduqca böyük olması həm də, dünya səviyyəsində ən iri sərgilərdən biri olması ilə bağlıdır. Qürurverici bir haldır ki, Azərbaycan brendi olaraq Corella və Azpol markaları ilə bu sərgidə biz də iştirak etdik. Rusiyadakı rəsmi tərəfdaşımız olan “ООО Азкрас» şirkətinin təmsilçiliyi ilə çıxış etdiyimiz sərgidə Azərbaycandan yalnız adlarını qeyd etdiyimiz boya brendləri çıxış edirdi. 4 gün davam edən sərgidə ən müxtəlif tikinti materialları, avadanlıqlar, yardımçı vasitələr, xammallar və yarımfabrikatlar da sərgilənirdi. 

   

 Sərgidən gözləntilərimiz böyük idi. Həmin gözləntilər demək olar ki, özünü doğrultdu. Rusiya bazarının Moskva şəhəri ilə yanaşı başqa əyalətlərdən olan təmsilçilərin, şirkətlərin, dizaynerlərin və ticarət nümayəndələrinin məhsullarımıza olan marağı bizi sevindirdi. Rusiya ilə yanaşı burada biz Tacikistan, Qazaxıstan, Belarus, Özbəkistan kimi ölkələrdən olan təmsilçilərlə də iş əlaqələri qura bildik. Yaxın günlərdə məhsullarımızla maraqlanan nümayəndələrlə birbaşa görüşlər keçiriləcək və ümidvarıq ki, qarşılıqlı faydalı nəticələr əldə ediləcəkdir.

       

 

NB Group ASC olaraq biz hər zaman müştərilərin tələb və istəyinə uyğun münasib qiymət və keyfiyyətdə məhsul istehsalı həyata keçirir və xidmət göstəririk. Bizimlə çalışan müştərilərə və məhsulumuzdan istifadə edən şəxslərə dəyər veririk. Gələcəkdə daha faydalı olmaq ümidi ilə...


SHARE:

КОММЕНТАРИИ

Добавить комментарий

Отправить

СВЯЖИТЕСЬ С НАМИ