NEWS

WorldBuild Baku 2017 fair-Caspian Building week

23 October 2017


     23-cü beynəlxanq Worldbuild Baku 2017 sərgisi sona çatdı. Hər il olduğu kimi bu il də NB Group ASC olaraq sərgidə iştirakımız uğurla keçdi. Hər il müştərilərin və potensial tərəfdaşlarıq qarşısına yeniliklərlə çıxan şirkətimiz bu il də ənənəni pozmadı. Biz sərgidə hər il yeni stend dizaynı ilə qonaqları salamlayırıq. Stendimizi daha maraqlı edən isə yeni məhsullarımızdır.

    Azərbaycanda boya istehsalının ən böyüklərindən biri olduğumuz üçün boya məhsullarının ən geniş çeşidi ilə qarşınızda olduq. İnşaat boyaları, sənaye boyaları, gəmi təmir boyaları, epoksi zəmin və divar örtükləri, müxtəlif çeşiddə yapışqanlar və laklar, toz-quru inşaat qarışıqları, aralıq doldurucu materiallar, kafel və keramik yapışqanlar, izolyasiya məhsulları və s bu kimi məhsullar CORELLA və AZPOL brendi tərəfindən sizlərə təqdim olunur.

    Corella boyaları sərginin baş sponsorudur. Biz Azərbaycanda inşaat sektorunun dinamikliyinin  artması üçün illərdir öz qatqımızı etməkdəyik. Əməyimizin dəyəri olaraq isə hər zaman təşkilatçı İteca Caspian şirkətindən təşəkkür payımızı alırıq.

     İnşaat sərgisi Azərbaycanda təşkil olunan sərgilərin içərisində ən çox ziyarət olunan sərgidir desək yanılmarıq. Bu sərgiyə həm yerli həm də xarici mütəxəssislər, şirkət rəsmiləri dəvət alır və maraqla qarşılayırlar. Sərgiyə bu il də xarici ölkələrdən qonaqlar təşrif buyurmuşdur. Bunlardan İran İslam Respublikası, Rusiya, BƏƏ, İspaniya, İtaliya, Portuqaliya, Finlandiya kimi ölkələrdən daha çox ziyarətçi kütləsi ilə qarşılaşdıq.

     Bizim fikrimizcə bu tip sərgilər davamlı olaraq keçirilməlidir. Gələcək işlərimizdə sizlərə daha faydalı olmaq diləyi ilə...

 

   
     
     

 


SHARE:

COMMENTS

Add comment

Send

CONTACT US