XƏBƏRLƏR

KSM layihəmiz uğurla baş tutdu

29 İyul 2016


Xəbər verdiyimiz kimi 20-25 iyul 2016 tarixləri ərəfəsində İsmayıllı rayonunun Lahıc qəsəbəsində Asan könüllülərin həmrəylik düşərgəsi baş tutmuşdur. Həmin düşərgədə Corella boyaları ilə NB Group ASC də öz dəstəyini göstərmişdir. Layihə çərçivəsində öz sahəsində Azərbaycanın ən qabaqcıl şirkətləri dəstək vermişlər. Həmin müəssisələrdən ATL Group, Azercell, Azersun, Sağlam ailə, Yarat, Paşa sığorta kimi müəssisələri nümunə göstərmək olar.

Layihənin açılış mərasimindən sonra AzCake şirkəti tərəfindən iştirakçı firmaların logoları əks olunan rəmzi tort kəsildi. Daha sonra Corella boyaları tərəfindən boyama haqqında master klass keçirildi. Günün sonunda isə ATL Group-un təqdim etdiyi mikrodalğalı sobalar şəhid ailələrinə təqdim edildi.

Layihəmin ikinci günündən etibarən iştirakçı firmalar tərəfindən müxtəlif layihələr həyata keçirildi. Gənclərdə boyama sənətinin, müxtəlif  rəqslərin, ilkin tibbi yardımın, hərbi işin və digər işlərin icrasında müəyyən biliklər formalaşdırıldı.

Corella boyaları ilə tarixi əhəmiyyətli muzey binası, məktəb və qoruq binası, həmçinin bələdiyyə binası və küçələrə baxan darvaza və qapıların boyanması və laklanması həyata keçirildi.

Həmçinin düşərgə ərəfəsində 23 iyul tarixində Ağdam rayonunun mənfur erməni silahlıları tərəfindən işğal olunması yad olundu, şəhidlərin xatirəsinə dualar edildi. Həmin gün Azərbaycan Avtomobil federasiyası tərəfindən  Niyal dağına qalxma təşkil edildi. Asan xidmət tərəfindən əhalinin pulsuz sənədlərlə təmin olunması həyata keçirilmişdir.

Sonra isə könüllü gənclər Lahıc misgərlik sənətinin inciləri ilə tanış olmuşlar. Həmçinin Asan məktub vasitəsilə daxil olan müraciətlərin, məktəblilərin arzu və istəklərin təmin olunması həyata keçirilmiş və onlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.Həmin gün də Corella ilə boyama işi davam etdirilmişdir.

Gənclərin asudə vaxtları da gözəl dəyərləndirildi. Düşərgədə müxtəlif yarışmalar, stolüstü tennis təşkil olunmuşdur. Həmçinin gənc könüllülər tərəfindən ailə-məişət zorakılığına qarşı səhnəciklər nümayiş etdirilmişdir.

Düşərgənin KİV-də genin işıqlandırılması bu kimi tədbirlərin təşviqinə müsbət dəyər qatmışdır. Lahiyə boyunca sosial şəbəkələrdə event-lər yaradılmış və müxtəlif paylaşımlar edilmişdir. Layihənin 4 ədəd 45 dəqiqəlik veriliş şəklində Xəzər tv tərəfindən yaxın günlərdəgeniş  işıqlandırılması olacaqdır. Həmrəylik düşərgəsində oğlan könüllülərlə yanaşı qız könüllülərin də iştirakı və hətta daha aktiv iştirakı təqdirəlayiq hal kimi qiymətləndirilir. Sonda könüllülərə həm Asan xidmət həm də Corella boyaları adından sertifikatlar təqdim edilmişdir.

Corella boyaları və NB Group adından layihənin təşkilatçılarına və iştirakçılarına, Vətəndaşlara xidmət və sisial innovasiyalar üzrə dövlət agentliyinin rəhbərliyinə xüsusilə Nadir Adilova minnətdarlığımızı bildiririk.

Gələn layihələrdə daha faydalı olmaq ümidilə...

 

   
   
   
   

 

 

   

 


PAYLAŞ:

ŞƏRHLƏR

Rəy bildir

Göndər

BİZİMLƏ ƏLAQƏ