XƏBƏRLƏR

Avrasiyanın ən böyük boya sərgisində...

22 İyun 2016


Türkiyənin boya sektoruna istiqamət verən iki sərgi bir yerdə...

Boya sənayeçiləri dərnəyi "BOSAD” tərəfindən 2010-cu ildən bəri təşkil edilən "Boya sənayesi, xammallar və yardımçı maddələr sərgisi və konfransı” Paintistanbul ilə 2007-ci  ildən bəri Artkim Fuarcılık tərəfindən təşkil edilən "Beynəlxalq boya, mürəkkəb, yapışdırıcı, izolyasiya, dolğu maddələri, inşaat kimyasalları maddələri və istehsal texnologiyaları” sərgisi Turkcoat Coatings Show Eurasia, 2016-cı ildə güclərini birləşdirərək  boya və boya maddələrinın ən böyük görüşməsi üçün sərgi təşkil edirlər.

Birlikdən doğan güc: Paintistanbul & Turkcoat 2016

Sektorda tək sərgiyə olan ehtiyac və tələbə uyğun olaraq BOSAD və Artkim Fuarcılık, sektorun iqtisadi və ticari potensialının inkişaf etməsinə və Avrasiyada daha da geniş əhatə ala bilmək üçün  sərgiləri birləşdirərək "Tək sərgi, tək konfrans, tək tədbir, bölgəsəl güc” vizyonu ilə yola çıxmışlar.

"Beynəlxalq boya və boya xammalları, inşaat kimyasalları, yapışdırıcılar və onların xammalları, labaratoriya və istehsal avadanlıqları sərgisi və konfransı” Paintistanbul & Turkcoat 2016, boya və örtücü maddələr sektorunu 24-26 mart 2016 tarixləri arasında “Istanbul Fuar Merkezi” İFM  9, 10 ve 11. salonunda təşkil olunacaqdır.

Paintistanbul & Turkcoat 2016- nın bir digər vacib həlqəsi  "Beynəlxalq qatılımlı boya sənayesi, xammal və yardımçı maddələr konfransı” dır.  Bu konfrans Türkiyədə inşaat sektorunun ən böyüyü olmaqdadır

Sərgi dünyanın hər tərəfindən gələn, öz sahəsində lider firmaları bir araya gətirərək, yeni iş və tərəfdaşlıq müzakirələrinin yaranmasına, firmaların yerli və xarici iştirakçılarla birbaşa görüşməsinə imkan yaradacaqdır. Sərgini ziyarət edən sektorun professionalları sərgi boyunca yeni məhsullar ilə tanış olma, yeni istehsal avadanlıqları və texnologiyaları ilə tanış olma fürsəti yaxalayacaqlar.

Paintistanbul & Turkcoat 2016 hədəfləri

Boya, boya xammalları, avadanlıq, texnologiya təmsilçilərini eyni çatı altında toplayacaq olan sərgi "Paintistanbul & Turkcoat 2016”, 10.000 m² -in üzərində net sərgi sahəsinə, 300-dən çox beynəlxalq şirkətin iştirakını qarşılamağa hazırlanır.

Bu sektoral birləşmə ilə, hər iki sərginin ölkədaxili və xarici ziyarətçilərinə ev sahibliyi edəcək olan "Paintistanbul & Turkcoat 2016” bütün professional ziyarətçilərin eyni çatı altında bir yerdə topıaşacağı ilk tədbir olacaqdır. Bu səbəblə 15000 professional ziyarətçinin sərgini ziyarət etməsi gözlənilir. 

Sərgidə qonaq qismində NB Group əməkdaşları da iştirak edəcəkdir. Məqsədimiz sərgidə dünyada bu sahədə baş verən yeniliklərlə tanış olmaq, ən qabaqcıl texnologiyaları ölkəmizə gətirərək əhaliyə daha keyfiyyətli və yenilikçi məhsul təqdim etməkdir. Yeni əməkdaşlıq və partnyorluq imkanları ilə daha da keyfiyyətli xammal və yarımfabrikatlar mübadiləsində bu sərgi əvəzsizdir.


PAYLAŞ:

ŞƏRHLƏR

Rəy bildir

Göndər

BİZİMLƏ ƏLAQƏ