XƏBƏRLƏR

Ənənə halını almış mükafatlandırma

22 İyun 2016


NB Group ASC daima öz sadiq müştərilərini sevindirir. Belə ki hər il ənənəvi olaraq təşkil olunan "satışda fərqlənən müştərilər üçün hədiyyə kampaniyası" nı keçirdir. Daima genişlənən müştəri bazası ilə Bakı şəhərində və regionlarda məhsullarınızın satışını həyata keçirdən təmsilçilərlə görüş zamanı əvvəlcə qonaqlar zavodu gəzir yeniliklərlə yaxından tanış olurlar. Müştərilərə boya, inşaat qarışıqları, kimyəvilər, sabun və yuyucu vasitələr haqqında istehsalda olan yeniliklər və innovasiya barədə yeni bilgilər verildikdən sonra konfrans zalına keçilir. Burada il ərzində müqavilə öhdəliklərini yerinə yetirmiş müştərilər dəyərli hədiyyələrlə mükafatlandırılır. Belə ki məişət əşyalarından tutmuş avtomobil hədiyyəsi qazanan müştərilər, kurort zonalarına bilet hədiyyə alan müştərilər daima NB Group ASC ilə əməkdaşlıq etməkdən zövq aldıqlarını və etibarlılıq, güvən verən şirkətlə çalışmaqdan qürur hissi keçirdiklərini qeyd edirlər. Biz də öz növbəmizdə bizimlə illərdir çalışan sadiq müştərilərimizin əməyini yüksək qiymətlədirir və onlara öz minnətdarlığımızı çatdırırıq. Həmin insanlar bizim üçün tək müştəri deyil həm də gözəl dostdurlar. NB Group ASC isə heç bir zaman öz dostlarını yarı yolda qoymur. Daima onların problemləri ilə maraqlanır. İllərdir Corella, Bermuda, Muflon, Azpol, Alev brendləri ilə Azərbaycan insanı üçün ən keyfiyyətli boyalar, laklar, yapışqanlar, quru inşaat qarışıqları, sabunlar, yuyucu vasitələr istehsal edən NB Group ASC yeni tərəfdaşlar üçün daima əməkdaşlığa hazırdır.


PAYLAŞ:

ŞƏRHLƏR

Rəy bildir

Göndər

BİZİMLƏ ƏLAQƏ