Sabun və yuyucu vasitələr

Alev — sabun, təmizləyici və yuyucu vasitələrdən ibarət ticarət nişanıdır. Bu ad altında 4 çeşiddə müxtəlif qramajlı qatı sabun , 14 çeşiddə isə təmizlik üçün nəzərdə tutulan məişət və sənaye tipli vasitələr istehsal olunur. Alev məhsullarının istehsalına 2008-ci ilin fevral ayında “NB Qrup”-da başlanılıb. Məhsullar müasir texnologiya və avadanlıqların tətbiqi nəticəsində peşəkar personal tərəfindən hazırlanır və istehlakçılara təqdim olunur. İstehsal prosesinin idarə olunması Beynəlxalq Standartlara – TS-EN-ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sisteminin, həmçinin TS-EN-ISO 14001:2004 Ekologiya İdarəetmə Sisteminin standartlarına uyğun aparılır.
Qatı sabun sahəsində Alev Azərbaycanda istehsal olunan yeganə yerli məhsuldur.Alev qatı sabunları təbii komponentlərdən hazırlanır, tərkibində bioloji parçalanmayan heç bir maddə yoxdur.
Alev ticarət nişanının bütün məhsulları gündəlik həyatda hər bir ev üçün kompleks yanaşmanı nəzərdə tutur, yəni Alev məhsulları ilə təmizlik, evin hər bir guşəsinə bəxş edilə bilər.
 

BİZİMLƏ ƏLAQƏ